Median.Az xəbər verir ki, yanvarın 30-da Aygünlü kəndi ərazisində yerləşən yeməkxanada, kənd sakini F.Musayev münaqişə zəminində həmkəndlisi E.Şükürova bıçaqla çoxsaylı xəsarətlər yetirib. Nəticədə zərərçəkmiş Mərkəzi rayon xəstəxanasına çatdırılıb və əməliiyat olunub.
F.Musayev könüllü olaraq Şabran RPŞ-nə təslim olub.
Faktla bağlı CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.