Median.Az xəbər verir ki, Nərimanov RPİ-nin 17-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Zalov, yanvarın 28-i saat 23 radələrində N.Hacıyev küçəsində 3 nəfər naməlum şəxsin onu “Niva” markalı avtomobilə mindirərək, döyüb mobil telefonunu və qol saatını aldıqlarını bildirib.
Aparılmış əməliyyat-axtarış tədbirləri ilə həmin cinayət əməlini törədən paytaxt sakinləri B.Səfquliyev və R.Sadıxov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanılıb.