Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Mövsüm Bağırovun (1998-ci il təv.) CM-nin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, ötən il Xəzər rayonunda Mövsüm Bağırov qonşuluqda yaşayan 7 yaşlı Alı Vəliyevin başına daşla zərbə vuraraq, öna ağır xəsarətlər yetirib. Zərərçəkmiş
3 saylı şəhər klinik xəsatəxanasına çatdırılıb, həkimləri səyi nəticəsində onun həyatı xilas edilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.