Median.Az xəbər verir ki, yanvarın 29-da Lənkəran şəhəri ərazisindən Aşağı Nüvədi kənd sakini Ş.Balayevin kəsilmiş-deşilmiş xəsarətlə Mərkəzi rayon xəstəxanasına gətirilməsi və orada ölməsi barədə RPŞ-nə məlumat daxil olub.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində cinayəti törədən şəhər sakini H.Əlili saxlanılıb.
Lənkəran rayon prokurorluğunda CM-nin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.