Sabunçuda qıza görə qonşusunu öldürən şəxs 17 il cəza alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:44 Ekologiyanı çirkləndirən restoranların sahibləri cəzalandırıldılar  |     12:35 Bakıda 9 maşının əzildiyi qəzanın başvermə anı kameraya düşdü - VİDEO  |     12:33 Müharibə əsirlərinin Bakıdakı məzarlığı: Buranı tez-tez ziyarət edənlər kimlərdir? - VİDEO  |     12:27 1 may Türkiyədə ictimai nəqliyyat pulsuz olacaq  |     12:27 Bu həftə 6 gün işləyəcəyik?  |     12:21 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:19 Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR  |     12:17 Saqqalı var, sözü keçmir  |     12:14 Azərbaycan nefti ucuzlaşıb  |     12:10 Avropa İttifaqı “TikTok”u bloklamağa hazırlaşır  |     12:08 Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıblar  |     12:03 Bakıda 41 yaşlı qadın qəzada xəsarət alıb  |     11:43 Xərçəng və artrit arasında əlaqə aşkarlanıb  |     11:41 Dələduzlar yeni yola əl atdılar: “Cərimən varsa, 20 faiz endirimlə ödə” - VİDEO  |     11:35 Azərbaycan kürüsü 2000 dollara satılır - VİDEO  |     11:34 Yataqxanalardakı mənzillərin satılması qanunidirmi? - ARAŞDIRMA (VİDEO)  |     11:33 Ermənilər illərin türbəsini özününküləşdirmək istədilər: Abidəmizin acınacaqlı GÖRÜNTÜSÜ - VİDEO  |     11:32 Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb  |     11:28 ADNA-da terror aktı törədilməsindən 15 il ötür  |     11:17 Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb  |    

Sabunçuda qıza görə qonşusunu öldürən şəxs 17 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Emil Heydərovun (1998-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, 2017-ci il dekabrın 18-də Sabunçu qəsəbəsi ərazisində, qəsəbə sakini Emil Heydərov münaqişə zəminində həmyerlisi, Nicat Həziyevə (1992-ci il təv.) bıçaqla xəsarətlər yetirib, nəticədə zərərçəkən kəskin qanitirmədən hadisə yerində keçinib. Həmin tarixdə Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Heydərovu saxlayaraq, istintaqa təqdim ediblər.

Araşdırma zamanı məlum olub ki, həmin gün Həziyev məhəlləyə qızla gəlib. Bunu görən təqsirləndirilən şəxs ona iradını bildirib, bu zəmində aralarında mübahisə başlayıb və nəticədə Emil Nicata bıçaqla ölümlə birbaşa əlaqəsi olan zərbələr endirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 385 18.01.19 17:57