Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Qusarda 4 il ərzində evləri qarət edən dəstənin məhkəməsi başlayıb

07.12.2018 16:21 12 501
Qusarda 4 il ərzində evləri qarət edən dəstənin məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar şəhər sakini Marat Əlirzayev, Rəşad Tahirov, Seymur Seyidov, Fərrux Yarəliyev və Alim Balabəyovun CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.2 (oğurluq, təkrar törədildikdə) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, bu il avqustun 20-də DİN-i məlumat yayıb ki, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən pul və qızıl əşyalar oğurlayan şəhər sakinləri Marat Əlirzayev, Rəşad Tahirov, Seymur Seyidov, əvvəllər məhkum olunmuşlar Fərrux Yarəliyev və Alim Balabəyov saxlanılıblar. Ətraflarında aparılan istintaq tədbirləri ilə onların, Yeni Həyat kəndində
3 evdən 200 dollar, 3000 rubl və 2250 manat pul, habelə məişət əşyaları oğurlamaları müəyyən edilib.

Sentyabrın 6-da isə məlumat yayılıb ki, istintaq-əməliyyat tədbirləri nəticəsində dəstənin digər üzvləri, rayon sakinləri Ömər Səlimov, Bəhruz Nurullayev, Vüqar Salmanov, əvvəllər məhkum olunmuşlar Rafiq Mehrəliyev və Nadim Ağaxanov saxlanılıblar.

Məlum olbu ki, dəstə 11 nəfərdən ibarət olub, onlardan biri - Şıxzada Şıxıyev 2017-ci ildə dünyasını dəyişib. Onlar tərəfindən 2015-ci ildə 5, 2016-ci ildə 6, 2017-ci ildə 3, 2018-ci ildə isə 4 cinayət hadisəsi törədilib. Bu illər ərzində törədilən əməllər nəticəsində vətəndaşlara ümumilikdə 100.000 manat dəyərində maddi ziyan vurulub. Dəstə tərəfindən 17 oğurluq və 1 quldurluq hadisəsi törədilib.

İstintaq mərhələsində 10 nəfərdən 7-si barəsində həbs qətimkan tədbiri seçilib,3 nəfər nəzarətə götürülüb. M.Əlirzayev, R.Tahirov, S.Seyidov, F.Yarəliyev və A.Balabəyov cinayət işi ayrı icraatda aparılıb.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış dekabrın 14-nə təyin edilib.

Son xəbərlər