Median.Az xəbər verir ki, Xətai RPİ 34-cü polis şöbəsi və 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22- və 24-də paytaxt sakini olan 2 qadının çantasından pul və sənəd oğurlayan əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Teymur Hüseynov və Kürdəmir rayon sakini Vasif Babayev saxlanılıblar.
Şəxsi axtarış zamanı T.Hüseynovdan 0,159 qram və V.Babayevdən 0,172 qram heroin götürülüb.
Araşdırma zamanı, onların dekabrın 3-də 40 saylı xətt avtobusunda Bakı şəhər sakini olan bir nəfərin cibindən mobil telefon oğurlamaları məlum olub.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.