Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin icraatında araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası dekabrın 6-na təyin edilib.
Qeyd edək ki, Ə.Əhmədov iki nəfərin 140 min dollar pulunu hədə-qorxu ilə ələ keçirməkdə günahlandırılır.
Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Əvəz Əhmədov Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır.//oxu.az