Median.Az xəbər verir ki, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vadim Miqunovdan 270 qram marixuana götürülüb.
Bundan başqa, Sabunçu RPİ 42-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Nardaran qəsəbə sakini Miryasər Qasımovun idarə etdiyi “VAZ-2106” markalı avtomobildən 275 qram marixuana aşkar ediblər.
Faktlarla bağlı araşdırma aparılır.