Median.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da münaqişə zəminində vətəndaş Fərid Həsənliyə bıçaqla xəsarət yetirən Şüvəlan qəsəbə sakini Əlibəy Quliyev saxlanılıb.
Xəzər RPİ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.