Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini Elman Ağasiyevin (1979-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bu il iyunun 11-də Quba rayonunun Zərdabi kəndində, kənd sakinləri Eldəniz Dadaşovla Elman Ağasiyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Dava zamanı sonuncu E.Dadaşova bıçaqla xəsarətlər yetirib, nəticədə o, Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, ayın 15-də Dadaşov keçinib.
Quba RPŞ-nin əməkdaşları tərəfindən E.Ağasiyev saxlanılıb və istintaqa təqdim edilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.