Moskvada güllələnən şəmkirli biznesmenin qatili kimdir? - FOTO + VIDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:53 Alimlər Günəş sistemindən kənarda su tapıblar  |     18:52 ABŞ-də yağan güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb  |     18:51 Tramp Zelenskinin Ukrayna danışıqlarında iştirak edəcəyini bildirib  |     18:44 Prezident Azər Qasımovu vəzifəsindən azad etdi  |     18:27 Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib  |     18:14 Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır  |     18:02 Fazil Mustafaya sui-qəsdə cəhddə təqsirləndirilənlərin şikayəti təmin olunmadı  |     17:48 Rusiya hərbçiləri Xarkovda yaşayış məntəqəsini NƏZARƏTƏ GÖTÜRDÜLƏR  |     17:27 Qazaxda sinif otağının tavanı ÇÖKÜB: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər  |     17:15 Geomaqnit qasırğasının olacağı gözlənilir  |     17:14 Diplomatik xidmət orqanı əməkdaşları hansı intizam məsuliyyətlərinə cəlb edilə bilərlər?  |     16:55 Rusiyada neft nasos stansiyasına dronlarla hücum edildi  |     16:47 DTX-nin ifşa etdiyi korrupsiya işi üzrə daha bir məhkəmə başlayır  |     16:27 Bakıda tanınmış rəssamın evindən 200 min manatlıq oğurluq  |     16:26 "Toplum TV" və "Abzas Media" işlərində YENİ FAKTLAR  |     16:22 Bəzi dövlət orqanı əməkdaşlarına tətbiq olunacaq həvəsləndirmə tədbirləri - SİYAHI  |     16:18 Ankarada zəlzələ olub  |     16:02 ABŞ nüvə silahının sınaqlarını tezliklə bərpa edə bilər  |     16:01 Millimizin yeni baş məşqçisi müəyyənləşib  |     15:54 Gəncədə şagirdi döyən müəllim İŞDƏN ÇIXARILDI  |    

Moskvada güllələnən şəmkirli biznesmenin qatili kimdir? - FOTO + VIDEO

Noyabrın 21-də axşam saatlarında Moskva şəhərində güllələnən Toğrul Tağıyevi öz yerliləri - Şəmkir rayonundan olan şəxslərin öldürdüyü deyilir.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, mərhum biznesmeni Həsən, Bek və Cəbi adlı əslən Şəmkirdən olan qardaşlarla aralarında ədavət yarandığı üçün aradan götürüblər.

Belə ki, xeyli müddətdir T.Tağıyevlə qardaşların arasında əmlak və pul üstündə qarşıdurma yaranıbmış.

Mərhumun həyat yoldaşı Şəhla xanım Rusiya mətbuatına açıqlamasında deyib ki, ərini onlara məxsus avtoyuma məntəqəsinə görə öldürüblər.

Qadının sözlərinə görə, əri “avtomoyka” aldıqdan sonra təhdidlər alıb, hətta bu ilin martında M-4 şosesində maşınla gedərkən atəşə məruz qalaraq, ayağından yaralanıb. Lakin qadın ərinin qatillərinin adlarını çəkməyib.

Sayt qətldə və Toğrulla ədavətdə adı keçən üç qardaşdan birinin – Həsənin (Heydərov Həsən Əjdər oğlu) fotosunu əldə edib.

Sayt Həsənin bu qətldə iştirakçı olduğunu iddia etmədiyini, verilən qeyri-rəsmi məlumatlarda onun Toğrul Tağıyevin qətlində əsas şübhəli şəxs olduğunun deyildiyini yazıb.

Həsənin və qardaşlarının (deyilənə görə, digər iki qardaş - Bek və Cəbi hazırda Rusiya Federasiyasında həbsdədirlər - red.) əsas himayəçiləri Sank-Peterburqda meyvə-tərəvəz bazarının əsas fiqurantlarından olan Şəmkir doğumlu biznesmenlərdir.

Deyilənə görə, Həsən Heydərov ötən həftə həmin biznesmenlərlə bir yerdə Sankt-Peterburqun dəbdəbəli restoranlarından birində yemək yeyib.

Bu qətlin sifarişinin həmin biznesmenlərdən gəlib-gəlmədiyi haqda hələlik hər hansı məlumat yoxdur. Bildirilir ki, Toğrul Tağıyevə hücum zamanı Həsən Heydərovun yanında Orxan adlı şəxs də olub.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            11 975 23.11.18 11:45