"Onsuz da tutulacağıq, heç olmasa kişi qızı kimi düzünü danışaq" - Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:56 Azərbaycan yanvarda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     18:55 Avstraliya əcnəbilərə ölkədə əmlak almağı qadağan edəcək  |     18:55 Sadə bir təbəssüm ağrı və stressi aradan qaldıra bilər  |     18:54 Rusiya daha bir amerikalını azad edib  |     18:53 Alimlər Günəş sistemindən kənarda su tapıblar  |     18:52 ABŞ-də yağan güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb  |     18:51 Tramp Zelenskinin Ukrayna danışıqlarında iştirak edəcəyini bildirib  |     18:44 Prezident Azər Qasımovu vəzifəsindən azad etdi  |     18:27 Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib  |     18:14 Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır  |     18:02 Fazil Mustafaya sui-qəsdə cəhddə təqsirləndirilənlərin şikayəti təmin olunmadı  |     17:48 Rusiya hərbçiləri Xarkovda yaşayış məntəqəsini NƏZARƏTƏ GÖTÜRDÜLƏR  |     17:27 Qazaxda sinif otağının tavanı ÇÖKÜB: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər  |     17:15 Geomaqnit qasırğasının olacağı gözlənilir  |     17:14 Diplomatik xidmət orqanı əməkdaşları hansı intizam məsuliyyətlərinə cəlb edilə bilərlər?  |     16:55 Rusiyada neft nasos stansiyasına dronlarla hücum edildi  |     16:47 DTX-nin ifşa etdiyi korrupsiya işi üzrə daha bir məhkəmə başlayır  |     16:27 Bakıda tanınmış rəssamın evindən 200 min manatlıq oğurluq  |     16:26 "Toplum TV" və "Abzas Media" işlərində YENİ FAKTLAR  |     16:22 Bəzi dövlət orqanı əməkdaşlarına tətbiq olunacaq həvəsləndirmə tədbirləri - SİYAHI  |    

"Onsuz da tutulacağıq, heç olmasa kişi qızı kimi düzünü danışaq" - Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaq və dələduzluqda təqsirləndirilən "Safay" uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Median.Az Report-a istinadən bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Afaq Abdullayeva ifadə verib.

O bildirib ki, bağçaya işə düzəlmək üçün T.Bağırovaya 1500 manat pul verib: "Bağçada 1 ay 15 gün də işləmişəm. Təzə təmirdən çıxan yer idi. Dişimizlə, dırnağımızla təmizləmişik".

Hakim təqsirləndirilən şəxslərdən zərəri nə zaman ödəyəcəklərini soruşub.

T.Bağırova ilə A.Əliyeva növbəti həftəyə qədər vaxt istəyiblər.

Daha sonra şahid qismində Vüsal İsmayılov dindirilib. O, xanımını bağçaya həkim kimi işə düzəltmək üçün 1500 manat pulu T.Bağırovaya verdiyini söyləyib.

Şahid Lalə Şərifova da işə düzəlmək üçün 1500 manat pul verdiyini qeyd edib. O bildirib ki, 6 ay Yasamaldakı bağçada tibb bacısı kimi işləyib, cəmi bircə dəfə 50 manat maaş alıb.

Məhkəmədə təqsirləndirilən Ə.Əliyeva deyib ki, hər ikisi vətəndaşlardan pul alıb, amma hazırda T.Bağırova onu günahkar çıxarır: "Aldığımız pulu qaytarmalıyıq. Tərlan xanım azadlıqda olanda ona söylədim ki, "gəl Kürdəxanıya danışaq, məsələni həll edək". O, Kürdəxanıya gələ bilməyəcəyini dedi. Sonra da özü tutuldu. Mən başqa cür onunla necə danışa bilərəm. Aramızda telefon danışıqları var. Kimin kimdən pul aldığı bəllidir. İkimiz də pul almışıq".

T.Bağırova isə vurğulayıb ki, o, işə götürülənləri A.Əliyevanın istəyi ilə qəbul edib: "Bağça mənim deyildi. Aləmzargil açdı və məni də ora müdir təyin elədilər. İşə adam götürüb yanıma göndərirdilər. Mən nə edə bilərdim? Axşam da özü pulu məndən alırdı. Onsuz da tutulacağıq. Heç olmasa kişi qızı kimi düzünü danışaq".

Məhkəmənin növbəti iclası noyabrın 26-na təyin edilib.

İttiham aktına əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən "Safay" uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən T.Bağırovanın barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri dəyişdirilib. O, ötən məhkəmə iclasına gec gəldiyi üçün barəsində həbs qətimkan tədbiri seçilib. T.Bağırova məhkəmə zalında həbs olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 352 19.11.18 18:30