Dərman mafiyası quran vəzifəli şəxslərə cinayət işi açıldı - Aralarında general da var » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:56 Azərbaycan yanvarda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib  |     18:55 Avstraliya əcnəbilərə ölkədə əmlak almağı qadağan edəcək  |     18:55 Sadə bir təbəssüm ağrı və stressi aradan qaldıra bilər  |     18:54 Rusiya daha bir amerikalını azad edib  |     18:53 Alimlər Günəş sistemindən kənarda su tapıblar  |     18:52 ABŞ-də yağan güclü yağışlar nəticəsində azı 9 nəfər ölüb  |     18:51 Tramp Zelenskinin Ukrayna danışıqlarında iştirak edəcəyini bildirib  |     18:44 Prezident Azər Qasımovu vəzifəsindən azad etdi  |     18:27 Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib  |     18:14 Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır  |     18:02 Fazil Mustafaya sui-qəsdə cəhddə təqsirləndirilənlərin şikayəti təmin olunmadı  |     17:48 Rusiya hərbçiləri Xarkovda yaşayış məntəqəsini NƏZARƏTƏ GÖTÜRDÜLƏR  |     17:27 Qazaxda sinif otağının tavanı ÇÖKÜB: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər  |     17:15 Geomaqnit qasırğasının olacağı gözlənilir  |     17:14 Diplomatik xidmət orqanı əməkdaşları hansı intizam məsuliyyətlərinə cəlb edilə bilərlər?  |     16:55 Rusiyada neft nasos stansiyasına dronlarla hücum edildi  |     16:47 DTX-nin ifşa etdiyi korrupsiya işi üzrə daha bir məhkəmə başlayır  |     16:27 Bakıda tanınmış rəssamın evindən 200 min manatlıq oğurluq  |     16:26 "Toplum TV" və "Abzas Media" işlərində YENİ FAKTLAR  |     16:22 Bəzi dövlət orqanı əməkdaşlarına tətbiq olunacaq həvəsləndirmə tədbirləri - SİYAHI  |    

Dərman mafiyası quran vəzifəli şəxslərə cinayət işi açıldı - Aralarında general da var

Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı istintaqı tamamlanmış cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Bununla belə, ölkənin səhiyyə sisteminin ayrılmaz qolu olan əczaçılıq sahəsində bir sıra sahibkarlıq subyektləri tərəfindən əhalinin haqlı narazılığına səbəb olan dərman vasitələrinin qanunsuz dövriyyəsinin həyata keçirilməsi hallarına rast gəlinir ki, belə hallara qarşı ciddi mübarizə tədbirləri davam etdirilir.

Məlumat verildiyi kimi, respublika ərazisində əczaçılıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şirkətlərin keyfiyyətsiz, mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin qanunsuz dövriyyəsini həyata keçirmələri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200-1.2.2 (dərman vasitələrinin qanunsuz dövriyyəsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaqla “Sanimed” MMC-nin faktiki rəhbəri Müşfiq Nağıyevin şirkətin fəaliyyətini vergi ödəyicisi kimi Vergilər Nazirliyində dayandırmasına baxmayaraq, həmin şirkətin faktiki olaraq Satış şöbəsinin müdiri Hafiz Orucov və Satış təmsilçilərinin qrup rəhbəri Asim Kərimov ilə qabaqcadan əlbir olaraq birlikdə qanunsuz əczaçılıq fəaliyyəti ilə məşğul olmaqda davam etməsinə, ölkəyə “Epidbiomed”, “Loğman Farm” və “Gömrük Hospitalı” vasitəsilə dövlət qeydiyyatından keçməyən və uyğunluq sertifikatları olmayan dərman vasitələrinin idxal edilməsinə, habelə ölkə ərazisində istehsal olunan müvafiq normativ sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan keyfiyyətsiz dərman preparatlarının satışını həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bu məqsədlə adları qeyd edilən şəxslərin respublika ərazisində fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrində işləyən ayrı-ayrı həkimlərə və digər tibb işçilərinə əvvəlcədən müəyyən edilmiş məbləğlərdə pul və qiymətli hədiyyələrin verilməsi müqabilində müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunmasına nail olmalarına, bu yolla dərmanları Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında yerləşən dərman satışı nöqtələrinə paylayaraq dərman vasitələrinin qanunsuz dövriyyəsini təşkil etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.

Göstərilən cinayətkar niyyətlərə nail olmaq üçün Müşfiq Nağıyevin, Hafiz Orucov və Asim Kərimov “Epidbiomed” şirkətinin təsisçisi və faktiki rəhbəri Namiq Əliyev, direktoru Surxay Mustafayev, direktor müavini Kamal Məmmədov, həmin şirkətdə həkim işləməklə gömrük sənədləşdirilməsi işlərinin icrası həvalə edilmiş Zaur Mustafayev, habelə “Loğman Farm” şirkətinin direktoru Hamlet Mehdizadə, direktor müavini Elnur İsgəndərov və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət idarəsinin rəis müavini Fərman Məmmədli ilə qabaqcadan əlbir olub aralarında əldə olunmuş razılığa uyğun olaraq mərhələli şəkildə müxtəlif vaxtlarda ölkə ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gizli qaçaqmalçılıq yolu ilə külli miqdarda – 340 min manat dəyərində dövlət qeydiyyatından keçməyən dərman vasitələrini idxal etmələrinə, eləcə də həmin dərman vasitələri daxil olmaqla ölkə ərazisində istehsal edilmiş digər dərman peraparatları ilə birlikdə ümumilikdə 289 adda 64 min qutu və 50 min flakondan ibarət cəmi 353 min manat dəyərində keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən dərman vasitələrini Bakı şəhəri Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 12 saylı ünvanda yerləşən “Sanimed” MMC-nin icarəyə götürdüyü anbarlarda, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 6/8 saylı ünvanında yerləşən apteklərində, “Loğman Farm” MMC-nin Bakı şəhəri Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 15 A, “Epidbiomed” MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Yaşayış massivi, Nəsimi küçəsi 5 saylı ünvanlarda yerləşən anbarlarında saxlayaraq satışını həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bu hallar öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur.

Qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və bununla da cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edildiyindən, həmin şəxslərdən Fərman Məmmədlinin barəsində Dövlət Təhlükəsizlik Xidmətində eyni xarakterli cinayət işinin istintaqı aparıldığı üçün onun təqsirləndirilməsinə dair cinayət işi ayrılaraq istintaqının davam etdirilməsi üçün həmin dövlət qurumuna göndərilmiş, cinayətkar dəstənin digər üzvlərinin barələrində Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 206.3.3 və 308.2-ci maddələri ilə olan cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Həmin şəxslərin qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və bununla da cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən edildiyindən Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev, Kamal Məmmədov, Elnur İsgəndərov, Surxay Mustafayev, Zaur Mustafayev və Hamlet Mehdizadəyə Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 206.3.3 və 308.2-ci maddələri ilə ittiham elan edilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Fərman Məmmədli barəsində isə Dövlət Təhlükəsizlik Xidmətində eyni xarakterli cinayət işinin istintaqı aparıldığına görə onun Cinayət Məcəlləsinin eyni maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrılaraq istintaqının davam etdirilməsi üçün həmin dövlət qurumuna göndərilmişdir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsinin həyata keçirilməsi hallarına, habelə bu sahədə korrupsiya və digər bu kimi neqativ hallara qarşı bundan sonra da ardıcıl və kəsərli mübarizə tədbirləri davam etdiriləcəkdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 706 16.11.18 17:01