Azərbaycanlı qadınları Türkiyədə “satan” məhkəmə qarşısında » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:15 Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb  |     21:10 "Barselona" klubu Pedrini satışa çıxaracaq  |     21:02 Qanunsuz balıq ovu edənlər saxlanılıb  |     20:55 Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb  |     20:46 Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər  |     20:37 Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnib  |     20:30 Binəqədidə AKS markalı avtomat tapılıb  |     20:19 Bakıda avtomobil 63 yaşlı qadını vurub  |     20:13 Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb  |     20:05 Bakıda yol qəzasında bir neçə nəfər xəsarət alıb  |     19:59 Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO  |     19:47 Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər  |     19:41 Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO  |     19:33 Zaqatalada narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO  |     19:23 Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu  |     19:20 Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb  |     18:42 Azərbaycanda ilk dəfə kata üzrə ölkə birinciliyi keçirilib  |     18:34 “Avroviziya-2024”də Fələstin bayraqları qadağan edildi  |     18:07 Ömürlük məhkumluqdan bəraət alan məhkumun təzminat tələbinə cavab verildi  |     17:54 Ermənilər bu dəfə muğamımıza göz tikdilər - VİDEO  |    

Azərbaycanlı qadınları Türkiyədə “satan” məhkəmə qarşısında

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Namiq Şaməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən N. Şaməmmədov özünü təqsirli bilib.

Sonra zərərçəkmiş şəxslər ifadə verib.

İttihama görə, Namiq Şaməmmədov 2018-ci il fevralın 11-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Mingəçevir şəhər polis şöbəsi əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunub.

Məlum olub ki, o, Azərbaycan vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb və insan alverinə məruz qoyub. Cinayət işi üzrə beş qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Namiq Şaməmmədov həmin qadınları xadimə və digər işlər görümək adı ilə Türkiyəyə aparmağa vəd verib. Mingəçevir şəhərindən və digər rayonlardan olan beş qadını bu adla aldadaraq, Türkiyəyə aparıb. Türkiyədə həmin qadınların kişi müştərilərlə görüşdürməsinə mütəşəkkil dəstənin digər üzvləri şərait yaradıb.

Türkiyədən qayıdan zərərçəkmişlər İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. Müraciət əsasında axtarışa verilən Namiq Şaməmmədov Mingəçevir şəhəri ərazisində həbs edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 550 13.09.18 12:09