Median.Az xəbər verir ki, Kürdəmir RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında Karrar kənd sakini Raqib Xankişiyevin kəndin ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 36 ədəd çətənə kolunu, 64 ədəd çətənə kolunun qurumuş gövdəsini, habelə evindən 2 kq 400 qram marixuananı və şəxsi istehlak miqdarından artıq tiryəki aşkar edərək götürüblər.
RPŞ İstintaq bölməsində CM-nin 234.4.3 (qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama) və 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə) maddəlləri ilə cinayət işi başlanılıb.