Median.Az xəbər verir ki, Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən Aşağı Daşağıl kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 9 ton 381 kq. olan 31.270 ədəd çətənə kolu aşkar edilib.
Bundan başqa, Gədəbəy RPŞ-nin əməkdaşları Başkənd kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 1 ton 674 kq. olan 2.412 ədəd çətənə kolu, Qusar RPŞ-nin əməkdaşları Zindan-Muruq kəndi ərazisində yabanı halda bitmiş 67 ədəd çətənə kolu aşkar ediblər.
Narkotik tərkibli bitlikər yığılaraq məhv edilib.