Bu günədək 6 754 keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Britaniya hərbi attaşesi Rusiyadan qovuldu  |     22:46 "Bolmart"ın yediyi səki "bərpa" edildi: görün necə? - FOTO  |     22:39 Parkinqdə avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - AÇIQLAMA - VİDEO  |     22:32 Ermənilər Xeyrimlidə vəziyyəti gərginləşdirmək istəyir  |     22:24 Gələn həftə 3 gün iş olmayacaq? - Rəsmi açıqlama  |     22:16 Əməkdar artistə ağır itki  |     22:06 Cehiz üçün nə qədər pul lazımdır? (VİDEO)  |     21:59 Türkiyə Prezidenti: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir  |     21:52 Bakıda axtarışda olan qadın saxlanılıb  |     21:45 "Qəbələ"nin azərbaycanlı futbolçuları I Liqada oynamağa hazırdırlar?  |     21:38 Rusiyanın “Unistream” ödəniş sistemi Gürcüstana pul köçürmələrini bərpa edib  |     21:30 Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb  |     21:27 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək  |     21:26 CAR Azərbaycanda diplomatik missiya açmaq niyyətindədir  |     21:22 Bu il pensiya ödənişlərinə 2 milyard 152 milyon manat yönəldilib  |     21:15 Azərbaycanda son 2 ildə internetin orta sürəti 94 % artıb  |     20:07 Yeni Kaledoniyada iğtişaşlar zamanı 150 milyon avroluq ziyan dəyib  |     20:01 AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırıb  |     19:54 Moskvada “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert keçirilib  |     19:53 “Ağ çiçəyim”dən geriyə qalanlar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO  |    

Bu günədək 6 754 keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb

“Bu günə qədər ümumilikdə 1 727 ailə, yəni 6 min 754 keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb”.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu günə qədər Laçın şəhərinə 1 838 nəfərdən ibarət 537, Füzuliyə 3 132 nəfərdən ibarət 822, Ağalı kəndinə 871 nəfərdən ibarət 175, Talış kəndinə 90 nəfərdən ibarət 20 və Zabuxa 823 nəfərdən ibarət 217 ailə köçürülüb:

“İlin sonuna kimi isə 20 min insanın qayıdışı planlaşdırılır. Qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək. Tezliklə Şuşaya, bundan başqa, Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana da köçürülmə prosesinə start veriləcək”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            198 02.05.24 12:10