Median.Az xəbər verir ki, bu il avqustun 22-dən 31-dək olan müddətdə Lökbatan qəsəbəsində yerləşən bazarda 4 nəfərin mobil telefonları oğurlanıb. Qaradağ RPİ 10-cu polis bölməsi və Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətləri törədən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Tərlan Ağazadə saxlanılıb.
Bundan başqa, Çevik Polis Alayı və Qaradağ RPİ 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 2-nə keçən gecə Lökbatan qəsəbəsi ərazisində “DAF” markalı avtomaşından 2 ədəd ehtiyat təkəri oğurlayan qəsəbə sakini Timur Sinjapov saxlanılıb, Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də evlərin birindən 5000 manat dəyərində qızıl və məişət əşyaları oğurlayan Abşeron rayon sakini Xalid Həsənov saxlanılıb, Nizami RPİ 24-cü polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də paytaxt sakini olan bir qadının, içərisində 500 manat, 700 dollar, şəxsiyyət vəsiqəsi və bank kartları olan pulqabısını oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Maarif Quliyevi saxlayıblar, Nərimanov RPİ 18-ci polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində avqustun 31-də evdən kombi apartı oğurlayan Bakı şəhər sakini Aleksandr Qorbukov saxlanılıb, Xəzər RPİ 2-ci polis şöbəsinin əməkdaşları əməliyyat tədbirləri nəticəsində avqustun 31-də evdən istilik sisteminin hissələrini və 150 metr elektrik naqili oğurlayan Binə qəsəbə sakini Natiq Məmmədovu saxlayıblar, 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbiri ilə avqustun 28-dən sentyabrın 1-dək, evlərin həyətlərindən 3 velosiped oğurlayan Buzovna qəsəbə sakini, əvvəllər məhkum olunmuş Nazir Talıbov saxlanılıb, Səbail RPİ 8-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 20-də evdən qızıl əşyalar oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Fətəliyev saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.