Median.Az xəbər verir ki, Lənləran ŞRPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında Liman şəhər sakini Adil Əkbərovun evinə baxış zamanı, oradan 3 kq 65 qram marixuana aşkar ediblər.
Araşdırma zamanı, onun narkotik vasitəni Nərimanabad qəsəbə sakini Sahib Nəhmətovla birgə əldə etməsi müəyyən edilib.
Keçirilmiş tədbir nəticəsində S.Nəhmətov saxlanılıb.
ŞRPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.