Median.Az xəbər verir ki, Nəsimi RPİ 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-də Bakı şəhər sakini olan bir qadının, içərisində mobil telefon, açar və kosmetik əşyalar olan çantasını soyğunçuluq yolu ilə ələ keçirən Abşeron rayon sakini Müqabil Əliyev saxlanılıb.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.