Median.Az xəbər verir ki, Metropolitendə Polis şöbəsi və Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 20-də Bakı şəhər sakini olan bir qadının pul qabısından 950 manat və sənəd oğurlayan Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Sürəyya Balayeva saxlanılıb.
Faktla bağlı CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.