Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 11-də Bakı şəhər sakini L.Ələkbərovaya məxsus içərisində 100 manat və mobil telefon olan çantanı oğurlayan Ağcabədi rayon sakini Gövhər Quliyeva saxlanılıb.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.