Median.Az xəbər verir ki, Əlahiddə Çevik Polis Alayı və Xətai RPİ 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 2-də rayon ərazisindəki avtomobillərin birindən mobil telefon oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Səfərli saxlanılıb.
Bundan başqa, Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avqustun 14-də rayon ərazisindəki evlərin birindən qızıl əşyalar oğurlayan Bakı şəhər sakini Xəyal Cəfərovu saxlayıblar.
Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Firudin Ağayev və Anar Vəliyev saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, onlar avqustun 8-dən 15-dək olan müddətdə Buzovna qəsəbəsi ərazisində dövlət qeydiyyat nişanları olmayan “KamAZ” markalı avtomaşının yük yerini sökərək, oğurlayıblar.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.