17 yaşlı oğlan telefona görə nənəsini öldürdü – Abşeronda dəhşətli qətlin təfərrüatları » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:02 ABŞ nüvə silahının sınaqlarını tezliklə bərpa edə bilər  |     16:01 Millimizin yeni baş məşqçisi müəyyənləşib  |     15:54 Gəncədə şagirdi döyən müəllim İŞDƏN ÇIXARILDI  |     15:48 Şəkidə ananın doğuşdan sonra ölümünün ilkin SƏBƏBİ AÇIQLANDI  |     15:43 Şəmkirdə 42 yaşlı kişi bıçaqlanıb: Arvadı şübhəli bilinir  |     15:37 BDYPİ sürücülərə xəbərdarlıq edib  |     15:36 Dünyanın ən bahalı liqaları - SİYAHI açıqlandı  |     15:27 Dövlət müəssisəsinin əməkdaşı faciəli şəkildə öldü  |     15:21 Şakira xəstəxanaya yerləşdirildi  |     15:20 Böyük Britaniya Ukraynaya qoşun göndərməyə hazırdır  |     15:08 İnzibati Xətalar Məcəlləsində dəyişiklik - Yeni cərimələr qüvvəyə mindi  |     15:03 Turizm zonalarında qanunsuz fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyən edildi  |     15:02 Prezident ödənişli avtomagistrallarla bağlı yeni cərimələri TƏSDİQLƏDİ  |     14:58 İlyas İsmayılov vəfat etdi  |     14:48 Azərbaycanda təhlükəli qida məhsulları satanları 10 ilədək həbs cəzası gözləyir  |     14:46 ABŞ nüvə silahının sınaqlarını tezliklə bərpa edə bilər  |     13:47 "iPhone" sahiblərinə xəbərdarlıq: Təhlükəsizlik üçün "Wi-Fi" parametrlərini dəyişin  |     13:35 Çindən "Ford", BMW və "Mercedes"ə zərbə  |     13:18 Körpəni faydalı tərəvəzlər yeməyə öyrəşdirmək üçün maraqlı vasitə kəşf edildi  |     13:16 "Formula-1"də ciddi dəyişikliklərin anonsu verildi  |    

17 yaşlı oğlan telefona görə nənəsini öldürdü – Abşeronda dəhşətli qətlin təfərrüatları

Bakı Ağır Cinayətlər Məhkəməsində 66 yaşlı nənəsini öldürən yeniyetmənin məhkəməsi başlayıb.

Median.Az
"ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 120.1-ci maddəsiylə təqsirləndirilən Muradov Nihad Nicat oğlunun məhkəmə prosesinə hakim Əhməd Quliyev sədrlik edir.

Belə ki, bu ilin yanvar ayında Abşeron rayonunda 1951-ci il təvəllüdlü Seyidəliyeva Xaccabəyim Məhəmməd qızı naməlum şəxs tərəfindən yaşadığı evdə bədən nahiyələrinə çoxsayılı bıçaq zərbələri vurularaq qətlə yetirilib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları gəlib və ilkin araşdırmalar zamanı məlum olub ki, X.Seyidəliyevanı 17 yaşlı nəvəsi, Muradov Nihad Nicat oğlu öldürüb.

İsti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Muradov saxlanılıb. İlkin dindirmələr zamanı nəvə nənəsini öldürməyini etiraf edib. Belə ki, o, nənəsinə məxsus qızılları sataraq özünə telefon almaq istəyib ancaq X.Seyidəliyeva buna mane olub. Bu zaman 11-ci sinif şagirdi olan Nihad çoxsaylı bıçaq zərbələri ilə nənəsini qətlə yetirib. Sonra isə qızılları götürərək Bakıya gəlib və onları sataraq özünə telefon alıb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və 17 yaşlı yeniyetmə şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, 17 yaşlı Muradov Nihad Nicat oğlu qətlə yetirilənin qız nəvəsidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 710 16.08.18 13:26