Median.Az xəbər verir ki, Binəqədi RPİ 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən, avqustun 12-də Bakı şəhər sakini V.Qafarovanın mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Piriyev saxlanılıb.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.