Median.Az xəbər verir ki, ötən gün saat 15 radələrində Sumqayıt şəhəri ərazisində, naməlum şəxslər şəhər sakini R.Şirinovu bıçaqla hədələyib ondan kondisionerlərin qazla doldurulmasında istifadə edilən 2 ədəd balonu alıblar.
Sumqayıt ŞPİ 3-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Hüseyn Həsənəlizadəni və qardaşı İsmayılı saxlayıblar.
Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Область прикрепленных файлов