Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları daxil olan məlumat əsasında Pirallahı rayon sakini, əvvəllər məhkum olunmuş Aqşin Əlizadəni saxlayıblar. Onun eyni adlı qəsəbədə yerləşən evinə baxış zamanı 6 kq. marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 91 kq. 500 qram olan 75 ədəd çətənə kolu aşkar edilərək, götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.