Bakıda arvadını boğub, öldürən şəxsin cəzası qüvvəsində qalıb - FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Kürdəmirdə 5 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı  |     22:47 Türkiyədə daha bir təyyarə qəzalı eniş etdi  |     22:37 Azərbaycanda ana iki qızını KÜÇƏYƏ ATDI: "Üçüncüsü isə..."  |     22:29 Biləsuvarda bunu edənlər cəzalandırıldı  |     22:20 Ukraynada hərbi vəziyyət yenidən uzadıldı  |     22:12 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır  |     22:05 Azərbaycana əczaçılıq məhsullarının idxalı 36 faizdən çox azalıb  |     21:59 Rusiyalı məşhur reper axtarışa verildi - FOTO  |     21:40 Azərbaycana gələn turistlər nədən narazıdırlar? - VİDEO  |     21:31 Hacıqabulda avtomobil azyaşlını vurdu  |     21:23 Meksikada fövqəladə vəziyyət: istilər 21 ştatı işıqsız qoydu  |     21:11 Kürdəmirdə FACİƏ: Autizmli azyaşlı dördüncü mərtəbədən yıxıldı  |     20:58 Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb  |     20:50 Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb  |     20:37 Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar cəzalandırılıb  |     20:36 Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb  |     20:29 Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb  |     20:18 Gədəbəydə “Yaşıl marafon" keçirilib  |     20:11 İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür  |     20:01 Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına etiraz edənlərə qarşı cinayət təqibi başladılıb  |    

Bakıda arvadını boğub, öldürən şəxsin cəzası qüvvəsində qalıb - FOTOLAR

Bakı Apellyasiya Məhkəməsində Lənkəran rayon sakini Bəxtiyar Məmmədovun (1985-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il avqustun 29-da Nəsimi RPİ 22-ci polis bölməsinə könüllü gələn Bəxtiyar Məmmədov saat 12 radələrində Kəşlə qəsəbəsində, kirayəşin yaşadığı Yenikend küçəsindəki 24 saylı evdə, həyat yoldaşı Zülfiyyə Mərufovanın mobil telefonunda, başqa şəxslə fotoşəkillərini gördüyü üçün, onu boğaraq, öldürdüyünü bildirib. Məlumat aidiyyatı üzrə inzibati əraziyə nəzarət edən Nizami RPİ 23-cü polis bölməsinə verilib. Polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçiriblər. Otaqlardan birində 1991-ci il təv. Zülfiyyə Mərufovanın meyiti aşkar edilib.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Bəxtiyar Məmmədov bildirib ki, 2009-cu ildən dini qaydada kəbin kəsdirərək Zülfiyyə Mərufova ilə Lənkəran rayonunda ər-arvad kimi yaşayıb. Özü tez-tez Bakıya gəlib, bazarda alver edib, bir ildən sonra oğlan övladı dünyaya gəlib, 2013-cü ildə ailəsin götürüb, Bakıya köçüb, müxtəlif ünvanlarda kirayədə yaşayıb. 2017-ci ilin may-iyun aylarında tanışları ilə birlikdə pul qazanmaq üçün Mahacqala şəhərinə gedib. Həmin ərəfədə, Zülfiyyə yaşadıqları Keşlə qəsəbəsində gözəllik salonunda saç ustası işəməyə başlayıb. Dağıstandan onunla telefon əlaqəsi saxladıqda, arvadı artıq salondan işdən çıxdığını və “20 yanvar” metrostansiyasının yaxınlığında, şirniyyat mağazasında işlədiyini deyib. İyul ayında atasının vəfatının il dönümü ilə əlaqədar rayona gediblər, lakin arvadı bir gün qalıb, səhərisi gün şəhərə qayıdıb. Bundan bir həftə sonra Bəxtiyar Bakıya qayıtdıqda bilib ki, arvadı gecə növbəsində işləyir. Zülfiyyənin hərəkətlərinə şübhəlib, təkidlə ona mağazanın yerini deməsini xahiş etsə də, arvadı bəhanələr gətirərək, iş yerinin ünvanını söyləməyib. Buna görə, qadını izləyib, iş yerini müəyyən etməyi qərarlaşdırıb. Avqustun 27-i axşam saat 19 radələrində Zülfiyyə evdən çıxıb 38№i sərnişin avtobusu ilə metronun “Koroğlu” stansıyasına qədər gedib. Sonra metroya düşüb, qatarda “Sahil” stansiyasına qədər onu görsə də, sonra adam çox olduğu üçün onu itirib. Stansiyadan çıxıb, yaxınlığda yerləşən müxtəlif mağazalara girsə də, qadını tapa bilməyib. Artıq Zülfiyyənin onu aldatdığını başa düşüb. 2-3 gündən sonra yenidən həmin ərazidə fəaliyyət göstərən “Sağlamlıq” masaj salonuna daxil olaraq, arvadının şəkilini işçilərdən birinə göstərib, onu tanıyıb-tanımadığın soruşub. Salonun işçisi şəkilə baxıb, qadını tanımadığını deyib. Lakin Bəxtiyar salondan aralanıb, kənarda dayandığı vaxt kimi Zülfiyyə gözlərinin qarşısında ora daxil olub. Avqustun 29-da yoldaşı saat 11 radələrində evə gəlib. Bəxtiyar onun telefonunun bağlı vəziyyətdə olmamasından istifadə edib, şəkillər faylına daxil olub. Ora baxdıqda, arvadını tanımadığı oğlanla qucaqlaşmış vəziyyətdə şəkilini görüb. Zülfiyyə dərhal telefonu əlindən alıb. Aralarında mübahisə başlayıb. Onun bu cür şəkilini görüb, öz üzərində nəzarəti itirib. Dəfələrlə arvadından telefonunu tələb edib. Yataq otağına daxil olaraq, qapını örtüb və oğluna içəri girməməsini tapşırıb. Hücum çəkib, sağ əli ilə onun boğazından yapışıb, sol əli ilə çiynindən aşağı basıb yerə yıxıb. Zülfiyyə müqavimət göstərib, əlləri ilə sifətini cırmaqlasa da, onu buraxmayıb və artıq hər iki əli ilə onu boğub. Yeganə məqsədi onu öldürmək olub. Sonra evdən 10 manat pul götürüb, oğlunu taksi ilə bacısıgilə aparıb, təhvil verib. Zülfiyyəni qətlə yetirdiyini və polisə təslim olacağını bildirib.

Zərərçəkmişin hüquqi varisi Rəvanə Məmmədova ifadəsində göstərib ki, bacısı ilə əri arasında daim mübahisələr olub. Belə ki, Bəxtiyar heç yerdə işləməyib, Zülfiyyəni məcbur edib ki, pul qazanıb, ona versin. Onlar çox vaxt birlikdə deyil, ayrı-ayrı ünvanlarda yaşayıblar. Bəxtiyar adətən pul tələb etmək məqsədi ilə onun yanına gəlib. Bacısı Bakıda son 2 il ərzində şokolad fabrikində, gözəlli salonunda və kafedə işləyib. Ayın 29-da anası ona zəng edərək, Bəxtiyarın Zülfiyyəni öldürdüyünü bildirib. Həmin ünvana gəldikdə, orda polis və prokurorluq əməkdaşlarını görüb. Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxsin onun bacısının əxlaqsızlıqla məşğul olması barədə söylədikləri yalandır.

İstintaqın gedişatında məlum olub ki, Zülfiyyə Mərufova 2017-ci ilin aprel ayından Səbail rayonu, Xəqani küçəsi, 26 ünvanında kafedə ofisiant işləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi apellyasiya şikayətləri veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.














скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 212 06.08.18 16:32