Median.Az xəbər verir ki, Sabunçu RPİ 13-cü polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Köşəbəyi Muradovu saxlayıblar.
Müəyyən edilib ki, ötən gün Bakıxanov qəsəbəsində K.Muradov Gədəbəy rayon sakini Tural Hüseynovu bıçaqla hədələyib, 10 manat pulunu alıb.
Sabunçu RPİ İstintaq şöbəsində CM-nin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.