Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəy rayon sakini Əflatun Cəfərovun CM-nin 263.2-ci (yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi
başa çatıb.
Median.Az xəbər verir ki, bu il yanvarın 27-i səhər saat 6 radələrində Sabunçu qəsəbəsində Ə.Cəfərovun idarə etdiyi "İsuzu" markalı,
148 saylı marşrut avtobus yolu keçən Bakı şəhər sakini Şıxməmməd Yadigarovu (1940-cı il təv.) vurub. Nəticədə xəstəxanaya çatdırılan piyada orada keçinib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və iclas zalında
həbs olunub.