İsmayıllı rayonunun prokuroru həbs edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:47 "iPhone" sahiblərinə xəbərdarlıq: Təhlükəsizlik üçün "Wi-Fi" parametrlərini dəyişin  |     13:35 Çindən "Ford", BMW və "Mercedes"ə zərbə  |     13:18 Körpəni faydalı tərəvəzlər yeməyə öyrəşdirmək üçün maraqlı vasitə kəşf edildi  |     13:16 "Formula-1"də ciddi dəyişikliklərin anonsu verildi  |     13:15 Britaniya şahzadəsinə ABŞ-də cinayət işi açıla bilər  |     13:14 Əfsanəvi Aleks Ferqyuson bir oyun üçün məşqçilik karyerasını bərpa edəcək  |     13:14 Buzlaqlarda "yatan" təhlükə  |     13:13 Zidan təəssüflə xatırladığı yeganə klubun adını açıqladı  |     13:13 Ağ ayaqqabıları təmizləməyin təbii üsulları  |     13:12 "Android" zəng zamanı bəzi funksiyaları blok etməyə başlayıb  |     13:10 Серия А: гол Консейсау принес "Ювентусу" победу над "Интером"  |     13:08 Unun bahalaşması çörəyin qiymətini ARTIRACAQ? - VİDEO  |     13:05 Mənzil alanlara XƏBƏRDARLIQ: Sahəsi eyni olan evlər fərqli qiymətə SATILIR - VİDEO  |     13:04 İranda zəlzələ baş verdi  |     13:02 Ukraynada prezident seçkisinin tarixi açıqlandı  |     13:01 Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 33 il ötür  |     12:55 İran Prezidenti Məsud Pezeşkian azərbaycanca şeir dedi - VİDEO  |     12:48 Millimiz Avropada liderliyi ələ keçirib  |     12:37 Cənubi Koreya "DeepSeek" süni intellektindən istifadəyə müvəqqəti QADAĞA QOYDU  |     12:29 Akif Çovdarov əmlaklarının yenidən geri qaytarılmasını istəyir  |    

İsmayıllı rayonunun prokuroru həbs edildi

İki gün öncə vəzifəsindən çıxarılan və böyük köməkçisi həbs edilən İsmayıllı rayon prokuroru Ülvi Abbasov da saxlanılıb.

Median.Az
xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, prokuror Ü.Abbasovun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, təcridxanaya köçürülüb.

Ü.Abbasov da köməkçisi Faiq Quliyev kimi külli miqdarda və təkrar rüşvət almaqda ittiham edilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, adıçəkilən vəzifəli şəxslər iş adamları Azad Əliyev və Qalib Süleymanovdan Göyçay və İsmayıllı rayonlarda qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı aparılan araşdırmalar zamanı onlar barəsində cinayət işi başlanmaması üçün külli miqdarda rüşvət alıb. Hər iki biznesmen karxana sahibi olublar. Bu məsələ ilə bağlı araşdırmalar isə Göyçay rayonunda körpünün uçmasından sonra başlanılıb və məsələ prezident İlham Əliyevin nəzarətindədir.

Ülvi Abbasov 2016-cı ildə baş prokuror Zakir Qaralovun əmri ilə İsmayıllı rayon prokuror təyin edilib. Ondan əvvəl isə Binəqədi rayonunda prokuror köməkçisi kimi çalışıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 610 27.07.18 13:10