Median.Az xəbər verir ki, iyulun 22-nə keçən gecə Babək prospektində müəyyən edilməmiş avtomobil yolu keçən Bakı şəhər sakini Tofiq Abbasovu vurub və hadisə yerindən qaçıb. Xəstəxanaya çatdırılmış piyadanın, orada keçinməsi barədə Nizami RPİ 23-cü polis bölməsinə məlumat verilib.
Əməliyyat-istintaq yolu ilə müəyyən edilib ki, yol-nəqliyyat hadisəsini "Hyundai" markalı avtomobili idarə edən Bakı şəhər sakini Eldar Məhərrəmov törədib. Sürücü saxlanılıb.
Nizami RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.