Qızının qatili olan ata: “Öz həyatımı yaşayıram” dedi, öldürdüm » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:24 "Temu"dan şikayət edənlərin sayı gündən-günə artır: Aldanmamaq üçün nələrə diqqət etməliyik? - VİDEO  |     13:20 Göygöldə kolbasa sexinin fəaliyyəti dayandırıldı  |     13:17 Sumqayıtda avtomobil süpürgəçini vurub öldürdü  |     13:16 "Qurtuluş 93"ün sahibinə AĞIR CƏZA  |     13:15 Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir  |     13:14 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT EDİB  |     12:56 Bakıda gənc qız dəm qazından boğulub  |     12:55 8 "Oskar"lı məşhur filmin davamı çəkilə bilər  |     12:49 Bakıda 46 yaşlı kişi onun masasına əyləşməyən ofisiant qızı yumruqla vurdu  |     12:48 Qəzzada məktəb binasında gizlənən HƏMAS-ın yüksəkrütbəli zabiti məhv edildi  |     12:36 Güclü maqnit fırtınası Yerə çatacaq  |     12:35 Leyla Əliyeva MAMA "Ana təbiət" sərgisi ilə bağlı paylaşım edib - VİDEO  |     12:32 Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur  |     12:13 Yağıntılarla əlaqədar çaylarda sululuq artıb - FAKTİKİ HAVA  |     11:27 Vəzifəli şəxs işdən çıxarıldı  |     11:26 Həyat yoldaşını öldürmək istəyən kişi 14 il cəza aldı  |     11:21 "Apple" "iPhone"da SIM kartdan imtina edəcək  |     11:02 Şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edildi  |     21:24 Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan  |     21:19 Məhkəmədə kredit öhdəliyinin olduğunu sübut etmək vəzifəsi kimin üzərinə düşür? – Ali Məhkəmədən qərar  |    

Qızının qatili olan ata: “Öz həyatımı yaşayıram” dedi, öldürdüm

Bakının Yasamal rayonunda qızını öldürən ata Yasamal rayon Məhkəməsində ifadə verib.

57 yaşlı İlqar Qurbanov ifadəsi zamanı qızı Aysel Məmmədlini namus üstündə öldürdüyünü etiraf edib:

“Ayselin paytaxtda yüngül həyat tərzi keçirməsi, əxlaqsızlıq etməsi barədə kənddə söz-söhbət dolaşırdı. Bakıya gəldim və metronun “20 Yanvar” stansiyasının yaxınlığında onunla görüşdüm. Ondan kənddə gəzən söz-söhbəti soruşanda deyilənləri inkar etdi.

Daha sonra öz həyatını yaşadığını, heç kimin onun şəxsi həyatına qarışa bilməyəcəyini söylədi. Ayselin bu sözünə görə hirsləndim və üstümdə olan bıçaqla əvvəlcə boğaz nahiyəsinə, daha sonra qarın boşluğuna xəsarətlər yetirdim”.

Qeyd edək ki, iyulun 24-də Yasamal rayonunda ata 27 yaşlı qızı Aysel Məmmədlini qısqanclıq zəminində qətlə yetirib.

İstintaq orqanı tərəfindən İlqar Qurbanovun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam etdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 667 25.07.18 17:20