Bakı və regionlarda oğurluğa görə 5 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Tarixi abidənin üzərində qanunsuz tikinti apardılar: Qurum məsələyə qarışdı - VİDEO  |     22:40 Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə etdi  |     22:32 Bakıda yeni magistral yol salınır: Bu obyektlər söküləcək - Video  |     22:29 Sabah Saatlının 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır  |     22:25 İran CNN-ə raketlərini göstərdi: İsrail bunlarla vurulub  |     22:19 Rus ordusu daha bir kəndi ələ keçirdi  |     22:13 Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı  |     22:01 Putin “Crocus City Hall”dakı terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb  |     21:56 Bu qəsəbələrdən şəhərə yeni marşrutlar açılır  |     21:50 Yeni qərar qiymət artımına təsir edəcək?  |     21:38 Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI  |     21:30 Azərbaycanda yaşayan ukraynalılar Kiyevə dəstək bəyanatı ilə çıxış ediblər  |     21:22 Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb  |     21:15 Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb  |     21:10 "Barselona" klubu Pedrini satışa çıxaracaq  |     21:02 Qanunsuz balıq ovu edənlər saxlanılıb  |     20:55 Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb  |     20:46 Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər  |     20:37 Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnib  |     20:30 Binəqədidə AKS markalı avtomat tapılıb  |    

Bakı və regionlarda oğurluğa görə 5 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Nəsimi RPİ 20-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də E.Novruzovun içərisində pul, mobil telefon və sənəd olan pulqabısını oğurlayan Bakı şəhər sakini olan bir yeniyetməni saxlayıblar.

Bundan başqa, Sumqayıt ŞPİ 4-cü polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-dən iyulun 6-dək olan müddətdə altı həyətdən, bir mağazadan məişət əşyaları, inşaat materialları, tütün məmulatları, 15 göyərçin və 8 ev quşu, habelə iki vətəndaşın mobil telefonlarını oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Tağıyevi saxlayıblar, Sumqayıt ŞPİ 3-cü polis bölməsinin əməkdaşları şəhər ərazisində "Toyota", "Mercedes" və "Ford" markalı avtomobillərdən pul və mobil telefon oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Həsənovu saxlayıblar, Qusar RPŞ-nin əməkdaşları iyulun 23-də rayon ərazisindəki evlərin birindən 650 manat və qızıl əşyalar oğurlayan rayon sakini, əvvəllər məhkum olunmuş Amid Şahnazovu saxlayıblar, Biləsuvar RPŞ-nin əməkdaşları iyulun 19-da iki "Mercedes" markalı avtomobildən ümumilikdə 70 manat və qol saatı oğurlayan şəhər sakini S.Həsənzadəni saxlayıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 985 25.07.18 17:18