Bakıda ata “əxlaqsız” deyilən qızını öldürdü - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:46 Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər  |     20:37 Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnib  |     20:30 Binəqədidə AKS markalı avtomat tapılıb  |     20:19 Bakıda avtomobil 63 yaşlı qadını vurub  |     20:13 Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb  |     20:05 Bakıda yol qəzasında bir neçə nəfər xəsarət alıb  |     19:59 Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO  |     19:47 Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər  |     19:41 Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO  |     19:33 Zaqatalada narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO  |     19:23 Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu  |     19:20 Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb  |     18:42 Azərbaycanda ilk dəfə kata üzrə ölkə birinciliyi keçirilib  |     18:34 “Avroviziya-2024”də Fələstin bayraqları qadağan edildi  |     18:07 Ömürlük məhkumluqdan bəraət alan məhkumun təzminat tələbinə cavab verildi  |     17:54 Ermənilər bu dəfə muğamımıza göz tikdilər - VİDEO  |     17:51 Bakıda bəy qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat  |     17:30 Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO  |     17:13 Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq  |     17:02 Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq  |    

Bakıda ata “əxlaqsız” deyilən qızını öldürdü - VİDEO

Yasamal rayonunda gənc qız atası tərəfindən qısqanclıq zəmnində öldürülüb.

Median.Az
Report-a istinadla xəbər verir ki, hadisə Həsən Bəy Zərdabi küçəsində baş verib.

Masallı rayonu, Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun “20 Yanvar” stansiyasının yaxınlığında qızı 27 yaşlı Aysel Məmmədli ilə görüşüb.

Onlar söhbət edərək yaxınlıqdakı binanın həyətinə daxil olub. İ.Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o, qızının əxlaqsız həyat tərzini əsas göstərib. Buna görə də İ.Qurbanov bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. A.Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib.

Ərazidən uzaqlaşmayan İ.Qurbanov həmin ünvana gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarına bildirib ki, İ.Qurbanov rayon ərazisində qızı ilə bağlı xoş olmayan xəbərlər alıb. Buna görə də o, A.Məmmədlini qətlə yetirmək üçün paytaxta gəlib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 120-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            8 460 24.07.18 11:34