Median.Az xəbər verir ki, Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Taleh Rəsulovu saxlayıblar. Məlum olub ki, o Zığ qəsəbəsi, Naximov küçəsindəki binaların birinin girişindən 7 ədəd su sayğacı oğurlayıb.
Bundan başqa, Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları iyulun 9-da rayon ərazisindəki metal qəbulu məntəqələrinin birindən 200 manat oğurlayan Bakı şəhər sakini Taleh Şahverənovu saxlayıblar, Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları iyulun 20-də M.Hadi küçəsində binaların birinin girişindən 2 ədəd velosipedi oğurlayıb, qaçmağa cəhd edən Bakı şəhər sakini Vaqif Heydəri saxlayıblar, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 19-cu polis bölməsinin əməkdaşları iyulun 6-da H.Quliyevə məxsus "VAZ 2109" markalı avtomobildən maqnitofon, səsgücləndirici və akkumulyator oğurlayan Ağsu rayon sakini Aydın Azadovu saxlayıblar, Binəqədi RPİ 40-cı polis bölməsinin əməkdaşları iyulun 20-nə keçən gecə Sulutəpə qəsəbəsindəki evlərdən birindən 50 manat, 300 manat dəyərində qızıl əşyalar və planşet oğurlayan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Kənan Tağıyev və iki yeniyetmə saxlanılıblar, Sumqayıt ŞPİ 4-cü polis bölməsinin əməkdaşları 2 nəfərin velosipedlərini və 2 nəfərin mobil telefonlarını oğurlayan Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tacir Quliyevi saxlayıblar, Qusar RPŞ-nin əməkdaşları iyulun 14-də çay evində rayon sakini D.Nurullyaevin mobil telefonunu oğurlayan Bakı şəhər sakini Çingiz Rəhimovu saxlayıblar. Araşdırma zamanı məlum olub ki,
o, iyulun 13-də rayon sakini R.Rəsulova məxsus mobil telefonu oğurlayıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.