Gədəbəydə qətl hadisəsi baş verib.
Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində baş verib.
Kənd sakini, 2001-ci il təvəllüdlü Samir Sübhan oğlu Alıyev boğaz nahiyəsindən bıçaqlanıb.
Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, S. Alıyev zarafatlaşan zaman bacısı, 1998-ci il təvəllüdlü Sevinc Alıyeva tərəfindən bıçaq xəsarəti alıb.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.