Rusiya Federasiyasında rəfiqəsini eybəcər gününə qoyan qadın sonradan qaçaraq Azərbaycanda gizlənib.
Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində qeydə alınıb.
Bildirilir ki, Zinaydu İskəndərova adlı qadın rəfiqəsinin hücumuna məruz qalıb. İki qadın arasında münaqişə isə qısqanclıq səbəbindən baş verib.
Laura adlı qadın Zinaydu İskəndərovanın üzünə "kislota" atıb. Nəticədə qadının bədəni 70 faiz yanıb.
Hadisədən sonra Laura Azərbaycana qaçıb və orada gizlənib. Rusiya polisi ilə Azərbaycan hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində rəfiqəsini eybəcər hala salan qadın saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.