Ata 6 yaşlı qızını zorladı - Bakıda dəhşət (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:58 Qaraçuxurda bir avtomobilin şüşəsi sındırılıb, digəri isə yandırılıb  |     11:57 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:56 Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb  |     11:55 Cəlilabadda 18 yaşlı oğlan itkin düşüb  |     11:55 Ukrayna Belqoroda dronla zərbə endirib: Azı altı nəfər həlak olub, çoxlu sayda xəsarət alan var  |     11:54 Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB  |     11:53 Bakıda beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO  |     11:52 Qazaxıstanla Qırğızıstan sərhədində zəlzələ baş verib  |     11:51 Qaradağda 24 yaşlı oğlanın meyiti tapıldı  |     11:50 Bəzi yerlərə leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA  |     11:49 Bakıda Rusiya vətəndaşı intihar edib  |     11:48 İstanbul boğazı gəmilərin hərəkəti üçün bağlandı  |     11:48 İcarəyə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər TUTULDULAR - FOTO  |     11:44 Bakıda toydan çıxan qadınları avtomobil vurub, ölən var - YENİLƏNİB (FOTO/VİDEO)  |     11:42 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     11:40 Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?  |     11:40 Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”  |     11:40 Şəkidə qadını avtomobil vuraraq öldürüb  |     11:38 Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO  |     11:37 Günəşdə güclü partlayışlar baş verib: Maqnit qasırğası təhlükəsi var  |    

Ata 6 yaşlı qızını zorladı - Bakıda dəhşət (FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi araşdırılır, müttəhimlər kürsüsündə "ata" əyləşib, zərərçəkmiş isə 6 yaşlı qızcığazdır. Ata öz qızına qarşı seksual hərəkətlər etməkdə ittiham olunur.

Uşaq anası və balaca bacısı ilə birgə Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yerləşdirilib. Ailə başçısı ananın şikayəti ilə həbs olunub, onun barəsində ilkin olaraq 4 aylıq həbs qərarı çıxarılıb. Məhkəmə isə qərarını gələn həftə açıqlayacaq. 


 
"Bu gün məktəbdə 5 almışam. Uşaqlara göstərəcəkdim. Müəllimə məni tərifləyəcəkdi, anam sevinəcəkdi. Kəmalə xanım sığınacaqda bayram edəcəkdi. Axı 5 alan uşaqları tərifləyirlər”, - 6 yaşlı bir uşağın yaxınlarına yazdığı ilk məktub bu sözlərlə başlayır. Birliyin sədri Kəmalə Ağazadə bir neçə yerdən qaralanmış məktubu oxuyur: "Anam axırıncı dərsdə məktəbə gəlib icazə aldı. Axı hələ bir dərsim də vardi, bir dənə də 5 riyaziyyatdan alacaqdım. Heyif. Anamın heç kefi yoxdur. Kəmalə xala da susur. Anam dedi ki, orada əmilər var, səni görmək istəyirlər, tez qayıdacağıq. Bibin, əmin də orda olacaq. Uf. Əmilər. Bəlkə o əmilərdir? Atam haqqında mənimlə gəlib danışanlar?”

"…6 yaşı olmasına baxmayın, dərslərini yaxşı oxuyur. Müəlliməsi deyir ki, yaşıdlarından çox zəkalıdır, artıq sərbəst yazıb, oxumağı bacarır”, - K.Ağazadə söyləyir bunu. Hazırda uşaq psixoloji yardım alır. Ağazadənin sözlərinə görə, onun yenidən psixoloji travma almaması üçün hakim bacardığı qədər ehtiyatla davranıb. Amma uşaq 4 aydan sonra atası ilə yenidən görüşdə sarsıntı keçirib, temperaturu 40 dərəcəyə qədər yüksəlib. "Kişinin etirafları hamını şoka salmışdı, uşağın xəstəliyi də bir tərəfdən bizi çox qorxutdu. 6 yaşlı uşaq yetkin insanlar kimi düşünür, başına gələnlərin ağırlığını dərk edir. Məhkəmədə atası ilə qarşılaşanda elə dəhşətlə qışqırdı ki, sakitləşdirməkdə çətinlik çəkdik. Atası onu çox qorxudub”.

Yenidən məktubu oxuyuruq: "Əmilərdən biri dedi ki, sən ona tərəf heç baxma. O da sənə tərəf baxmayacaq, söz verirəm sənə. O, sənə tərəf baxsa, onu cəzalandıracağam. Üşüyürəm, qarmım ağrıyır. Kəmalə xala niyə ağlayır? Anam, bibim, əmim, ay da, başqa əmi də ağlayır. Getmək istəyirəm. Ürəyim bulanır. O da ağlayır. Atam”.

...Ana uşaqdakı qəribə dəyişikliyi hiss edib. Kəmalə Ağazadə deyir ki, qız atasını görən kimi qusur, şalvarını isladır. Elə bu qəribəlik də ananı qorxuya salıb. Uzun müddət müşahidə aparıb, uşaqla söhbətləşib. Nəhayət, qız baş verənləri danışıb. Bundan sonra ana polisə şikayət edib, kişini saxlayıblar. "Ata məhkəmədə peşman olduğunu dedi, amma onun peşmanlığı nə işə yarayır? Uşaq dərin sarsıntı keçirib, ailə məhv olub. Məhkəmə işi ədalətlə araşdırır, o, cəzasını çəkəcək”.

..."Kəmalə xala, yenə 5 alacam, məni onun yanına aparma, nə olar”, -balacanın yalvarış dolu sözlərinə geri dönürük.../virtualaz.org/
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            17 210 02.04.18 13:01