Polis “Xəzər” TV-nin əməkdaşını tutub » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:24 1941-ci ildə müharibənin başlanması radio ilə elan olunur: AzTV-nin “Qızıl Fond”undan NADİR KADRLAR - VİDEO  |     15:12 Qızıl Avropa Liqasında çıxış edəcək milli komandamızın yekun heyəti bəlli olub  |     14:02 DİN-dən Lənkəranda ƏMƏLİYYAT: 22 kiloqram narkotik ələ keçdi - FOTO  |     13:45 Konor Makqreqor sonuncu döyüşünə çıxa bilər  |     13:36 Ermənistanda Azərbaycanla sərhəddə Rusiya hərbi və sərhəd postları yığışdırılacaq  |     13:28 Futbol matçında qorxunc anlar: Bütün komanda hakimə hücum etdi, stadiona ordu girdi - VİDEO  |     13:26 Gürcüstan rus turistlər üçün ölkəyə giriş şərtlərini dəyişir  |     13:23 Stoltenberq: NATO Ukraynaya qoşun yeritmək fikrində deyil  |     13:21 Ağdamda 12 yaşlı uşağı ilan sancıb  |     13:00 Xınalığa sulu qar yağıb - FAKTİKİ HAVA  |     12:50 Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI  |     12:41 ADPU-nun dosenti vəfat etdi  |     12:33 Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib - CANLI YAYIM  |     12:22 Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - VİDEO  |     12:14 Ötən gün vətəndaşlardan dörd silah götürülüb  |     11:59 DİN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib - VİDEO  |     11:58 Azərbaycanda icra başçısının müavini vəfat etdi  |     11:57 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:55 İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib  |     11:52 “Qəbələ”nin yeniyetmə futbolçularının Gəncədə döyülməsinə DİN-dən REAKSİYA - YENİLƏNİB  |    

Polis “Xəzər” TV-nin əməkdaşını tutub

"Xəzər" televiziyasının Cənub bölgəsi üzrə muxbiri Elvin Habil oğlu Ələkbərov Lənkəranda tutulub. "Report"un Cənub bürosunun xəbərinə görə, E.Ələkbərovun tutulmasına Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini Faiq İlyasov göstəriş verib. Məlumata görə, hadisə E.Ələkbərov Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında əri tərəfindən döyüldükdən sonra ölən qadınla bağlı çəkiliş apararkən baş verib.

Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub.

M.Qafarovanın yaxın qohumu "Report"a bildirib ki, M.Qafarova bir həftə bundan əvvəl əri tərəfindən döyülüb: "Marifə bir həftə idi evdə ağır vəziyyətdə uzanırdı. Dünən qəfildən halı pisləşdi və xəstəxanaya gətirdik. Onu bu vəziyyətə əri salıb".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 409 13.03.18 12:21