Baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə yarışda çıxış edəcək yığmamız əsasən gənclərdən təşkil olunub.
Median.Az Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, 17-19 may tarixlərində Xorvatiyada keçiriləcək ilk turda millimizin rəqibləri meydan sahibləri və Slovakiya seçməsi olacaq. Mayın 24-dən 26-dək Rumıniyada keçiriləcək ikinci turda isə komandamız meydan sahibi ilə yanaşı, İsveç yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyun tarixlərində Azərbaycanda baş tutacaq. Doğma meydanda rəqiblərimiz Estoniya və Avstriya milliləri olacaq.
Qeyd edək ki, komandamız mübarizəyə mayın 17-də start verəcək.
Qızıl Avropa Liqasında çıxış edən millimizin yekun heyəti formalaşıb:
Hücumçular - Marqarita Stepanenko, Anastasiya Baydyuk, Nikalina Başnakova, Ülkər Kərimova, İlhamə Əzimova;
Blokçular - Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova;
Toppaylayıcılar - Yana Doroşenko, Raziyə Əliyeva, Marianna Abuyeva;
Liberolar - Yuliya Kərimova, Ceyran İmanova, Sənubər Ələskərova;
Baş məşqçi - Faiq Qarayev;
Köməkçi məşqçilər - Famil Ağayev, Emin Əbilov, Sinişa Popek.