ARB TV-nin "Rezonans” verilişi bu dəfə məhbus Abdulla Xəlilovun həbsxana hekayələrini təqdim edib.
Abdulla Xəlilov (cəzası 7 il):"Anam 1 yaşım olanda vəfat etdi. Atam ikinci dəfə evləndi. Futbol həyatımın mənasıdır. Uşaq vaxtı məhlədə polis-bandit oynayanda onları"podyez”ə salıb döyüb deyirdim ki, banditlik etməyin. Polis olmaq istəyirdim.
Atamı ilk dəfə Bayıl həbsxanasında görmüşəm. 14-15 yaşım olanda isə Ukraynaya atamın yanına getdim. İlk dəfə narkotiki orada istifadə etdim. Atamınorada düşmənləri var idi. Bir gün pivəxanada oturmuşduq və bunlar gəldi. Söhbətləri uzandığı üçün atam məndən evə gedib bıçağı gətirməyimi istədi. Bıçağı ona verəndə atam birinin başını kəsdi, birinə isə 3-4 dənə soxdu. İkisini də öldürdü. Mən də yerimdə donub qaldım. Atam ondan əvvəl də həbsdə olmuşdu. Bu hadisədən sonra Bakıya qayıtdım. Bizim"kruq”un pis olduğunu deyirdi, amma qulaq asmırdım. Kaş ona qulaq asardım.
Mənim mühitim pis oldu, ona görə dəyişdim. Oğurluq edirdik, qapazı vurub telefonunu, pulunualırdıq. Bura düşməyim böyük səhvdir. Uşaq həbsxanasında olanda 1 günlük şəhər gəzintim ən unudulmaz anımdır. Futbolçu olmuşam."Bakı”,"İnter”,"Neftçi”kimi klublarda oynamışam. O günləri yadıma salıb, kaş ki,davam edə bilsəydim, deyirəm. Bir qızı sevirdim. Mənə görə çox problem yaşayıb. Tutulandan bura danışmamışam. Bir dəfə zəng edib səsinə qulaq asıb dəstəyi asmışam. Məktub yazırdım, üzüm gəlmirdi göndərməyə, cırıb atırdım. Çıxandan sonra hərbi xidmətə getmək istəyirəm”.