Azərbaycanda narkobaron maşınla qaçdı, polis təkərləriə atəş açsa da... - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:40 Azərbaycanla Rusiya araşdırmanın bu mərhələsinə buraxılmayacaq  |     22:29 Türkiyə Bosfor boğazında tranziti bərpa edib  |     22:16 Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş  |     22:07 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)  |     21:56 Qazaxıstandan gələn 7 yaralımız xəstəxanaya yerləşdirildi  |     21:33 Ramiz Tatarov azadlığa BURAXILDI  |     20:45 Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub  |     20:06 AZAL təyyarəsinin qəzaya uğradığı yerdə iki registrator tapılıb  |     18:56 Türkiyə ordusu bu il 3 min 21 terrorçu öldürüb  |     18:46 "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb  |     18:15 Moskvanın hava limanları bağlandı  |     17:25 Çin lideri Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib  |     17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |    

Azərbaycanda narkobaron maşınla qaçdı, polis təkərləriə atəş açsa da... - FOTO

"Seyfi” ləqəbli şəxs polislərdən yayınmaq üçün qəbiristanlığa qaçıb Masallı rayonunda polisdən qaçan narkobaron yoxa çıxıb. Yenicag.az-a verilən məlumata görə, Masallı rayonundan olan "Seyfi” ləqəbli Seyfəddin Hüseynov polislərdən qaçaraq Mollaoba kəndindəki çayxanalardan birinə girib. Polis onu orada həbs etmək istəyərkən Seyfəttin Hüseynov avtomobilə əyləşərək həmin ərazidən qaçıb.

Bu zaman o, "VAZ 2107” və "Mercedes” markalı maşınları əzib. "Seyfi” ləqəbli şəxs polislərdən yayınmaq üçün Mollaoba kəndinin qəbiristanlığı istiqamətə hərəkət edib. Polislər narkobaronun avtomobilini saxlamaq üçün maşının təkərlərinə atəş açsa da, Seyfəddin Hüseynov polislərdən yayına bilib.

Seyfəddin Hüseynovun maşını daha sonra Mollaoba kəndində kanala düşüb, ancaq polis tərəfindən qovalanan şəxs maşından çıxmayıb. Mollaoba kəndindən verilən məlumata görə, kənddə çoxlu sayda polis cəmləşib. Seyfəddin Hüseynovun axtarışı davam edir.
Əlavə məlumat olduqca diqqətinizə çatdıracağıq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 023 27.02.18 16:35