Bakıda taksi sürücülərinə qənim kəsilən soyğunçular tutuldular – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:39 Qışda Azərbaycanda havanın orta temperaturu necə olacaq?  |     14:17 Kişi onunla kobud danışan arvadını döydü  |     14:16 Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini AÇIQLADI  |     13:12 Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən qısqanc ər qərardan narazıdır  |     12:51 Azərbaycanda ilk: Məhkəmələrlə əlaqə saxlamaq daha asan olacaq  |     12:45 Cəlilabadda məsciddən samovar oğurlanıb - FOTO  |     12:38 Azərbaycandakı ödənişli yolda "sürətli keçid kartı"nın tətbiqinə başlanılıb - VİDEO  |     12:37 Şabranda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər saxlanılıblar  |     12:36 Cənubi Koreya prezidenti dindirilmə prosesinə gəlməyib  |     12:35 Tovuzda pirotexniki vasitələr satan şəxs saxlanılıb  |     12:31 Ucarda kabelləri oğurlayan qohumlar saxlanılıblar  |     12:25 Azərbaycan BMT-də neonasizmə qarşı mübarizəyə dair qətnaməni dəstəkləyib  |     12:24 Ağdamda iki qardaş kişini təhqir edib videoya çəkdi  |     12:17 Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi  |     12:15 Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub  |     11:54 "Qalatasaray" Paulo Dibala ilə ilkin razılıq əldə edib  |     11:37 Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi  |     11:14 Bakının 6 rayonunda yaşayış və qeyri-yaşayış sahələri qiymətləndiriləcək  |     22:57 Livanın Baş naziri Türkiyəyə səfər edəcək  |     22:57 Paytaxtın bu ərazilərində qaz olmayacaq  |    

Bakıda taksi sürücülərinə qənim kəsilən soyğunçular tutuldular – FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən taksi sürücülərinin mobil telefonlarını açıq talama, yəni soyğunçuluq yolu ilə ələ keçirən şəxslərə qarşı əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən verilən məlumata görə, Bakı şəhər sakini Kamil Nəcəfov Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, yanvarın 2-də iki nəfər tanımadığı şəxs onun taksi fəaliyyəti ilə məşğul olduğu “Mersedes” markalı nəqliyyat vasitəsinə müştəri kimi əyləşərək onları NZS qəsəbəsinə aparmağlarını xahiş ediblər. Deyilən ünvana çatanda isə avtomobilin salonunda olan sürücüyə məxsus dəyəri 445 manat olan “Samsung” markalı mobil telefon həmin şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirilib.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Siyavuş Salmanov və Salyan rayon sakini İsa Quliyev saxlanılıb.

Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onların taksi fəaliyyəti ilə məşğul olan daha 6 sürücünün mobil telefonunu eyni üsulla ələ keçirdikləri məlum olub.

Qeyd edilən faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onların qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Xətai RPİ-yə müraciət edə bilərlər.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 495 24.01.18 15:35