Suraxanı rayon, Yeni Günəşli qəsəbəsində döyülmə faktı qeydə alınıb.
Median.Az “Ölkə.Az”-a istinadən məlumatına görə, 1980-ci il təvəllüdlü Cahan Dadaşova 1962-ci il təvəllüdlü Məcnun Quliyev tərəfindən döyülməsi barədə 33-cü polis bölməsinə məlumat verib.
Qadın izahatında göstərib ki, hadisə kafedə baş verib. Belə ki, M.Quliyev kafedə yeyib-içdikdən sonra ofisant işləyən C.dadaşovanı təhqir edərək döyüb. Hazırda polis bölməsində təhqiqat araşdırmalarına başlanıb və M.Quliyevin izahatı alınıb.