Saatlı rayonunda polis əməkdaşını bıçaqlayan şəxs saxlanılıb.
Median.Az-in məlumatına görə, bu barədə Trend-ə Saatlı rayon Prokurorluğundan məlumat verilib.
Məlumatda bildirilir ki, polis əməkdaşını bıçaqlayan şəxs rayon sakini - 1969-cu il təvəllüdlü Əliyev Şöhrət Ağazadə oğlu şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
Prokurorluqdan bildiriblər ki, hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilsə də, hələlik konkret səbəb məlum deyil. Bıçaqlanan şəxs - polis çavuşu, 1983-cü il təvəllüdlü Eynullayev Əvəz Ağamirzə oğlu isə əməliyyat olunub, hazırda vəziyyəti ağır-sabitdir.
Saatlı rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.