Xəbər verdiyimiz kimi, Lənkəran rayonunun Liman şəhəri ərazisində evlərə girərək sakinləri döyməkdə şübhəli bilinən şəxs tutulub.
Tutulan şəxs Liman şəhəri M.Ə. Rəsulzadə küçəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalovdur.
Median.az Unikal.org-a istinadən xəbər verir ki, Lənkəran rayon sakinlərini təşvişə salan manyak rayonun Şağlaser kəndində saxlanılıb. Onu tutan şəxslər isə kənd sakinləri olub. Bildirlib ki, Fərrux Zeynalov Xərxatan kəndindəki bir neçə evə daxil olaraq sakinlərə hücum edərək, evə zərər verib. Tutulan manyak Şağlaser kəndində saxlanılsa da özü bu rayona qonaq gəldiyini deyir.
Qeyd edək ki, Liman şəhər sakini olan iki nəfər yanvarın 13-də, daha iki nəfər isə yanvar 14-də evlərində döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Döyülənlərdən 1972-ci il təvəllüdlü Samirə Miriyeva xəstəxanada dünyasını dəyişib.
Həmin görüntüləri təqdim edirik: