Bakıda 4 qadın həmcinsini məhkəməyə verib – DƏLƏDUZLUQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:39 Qışda Azərbaycanda havanın orta temperaturu necə olacaq?  |     14:17 Kişi onunla kobud danışan arvadını döydü  |     14:16 Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini AÇIQLADI  |     13:12 Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən qısqanc ər qərardan narazıdır  |     12:51 Azərbaycanda ilk: Məhkəmələrlə əlaqə saxlamaq daha asan olacaq  |     12:45 Cəlilabadda məsciddən samovar oğurlanıb - FOTO  |     12:38 Azərbaycandakı ödənişli yolda "sürətli keçid kartı"nın tətbiqinə başlanılıb - VİDEO  |     12:37 Şabranda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər saxlanılıblar  |     12:36 Cənubi Koreya prezidenti dindirilmə prosesinə gəlməyib  |     12:35 Tovuzda pirotexniki vasitələr satan şəxs saxlanılıb  |     12:31 Ucarda kabelləri oğurlayan qohumlar saxlanılıblar  |     12:25 Azərbaycan BMT-də neonasizmə qarşı mübarizəyə dair qətnaməni dəstəkləyib  |     12:24 Ağdamda iki qardaş kişini təhqir edib videoya çəkdi  |     12:17 Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi  |     12:15 Əziz Orucovun məhkəməsinin vaxtı məlum olub  |     11:54 "Qalatasaray" Paulo Dibala ilə ilkin razılıq əldə edib  |     11:37 Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi  |     11:14 Bakının 6 rayonunda yaşayış və qeyri-yaşayış sahələri qiymətləndiriləcək  |     22:57 Livanın Baş naziri Türkiyəyə səfər edəcək  |     22:57 Paytaxtın bu ərazilərində qaz olmayacaq  |    

Bakıda 4 qadın həmcinsini məhkəməyə verib – DƏLƏDUZLUQ

Bakı sakini Nəzakət Hüseynova sələmçilər tərəfindən tora salındığını iddia edir.

Median.Az 
xəbər verir ki, Lent.az-a müraciət edən şikayətçinin oğlu Vüsal Hüseynli bildirib ki, 4 nəfər sələmçi və onların qohumları tərəfindən qanunsuzluqlara məruz qalıblar: “Anama tələ quranlar Aynur Yusifova, Dostxanım Cabbarova, Sara Rüstəmova , Atlas Mirzəyeva adlı qadınlardır. Onlar iddia edirlər ki, anama pul veriblər və ala bilmirlər. Əvvəlcə qeyd edim ki, onlarla aramızda heç bir borc müqaviləsi bağlanmayıb. Borc münasibətləri mülki xarakter daşıyır. Bunu işə görə anamı cinayət məsuliyyətinə cəlb etmək istəyirlər. Bu, tamamilə qanunsuzdur, çünki mülki işlərdə cinayət tərkibi olmur. Bunu bilən sələmçi qadınlar – borclu hesab etdiyi insanlara şər-böhtan atır. Məsələn, iddia edirlər ki, “mən sənə 10 min manat pul vermişəm və sən də mənə əvəzində maşın, torpaq sahəsi və s. söz vermisən”. Yəni 4-5 nəfər eyni yalançı ifadə verir, şahidlik edir. Belə olan təqdirdə sələmə pul alan insanları cinayət məsuliyyətinə cəlb etmək mümkün olur. Buna hüquq dilində “süni ittiham sübutu”, məişət dilində isə “üzəduranlıq” deyilir. Üstəlik, bu, sadəcə borc pul deyil, bu, qanunsuz sələmçilik fəaliyyətidir, çünki bu iş üçün müvafiq lisenziyaya sahib olmaq lazımdır”.

Vüsal Hüseynli qeyd edib ki, süni ittiham sübutu yaradılandan sonra cinayət işi açmaq və təqsirləndirilən şəxsi müvafiq maddə ilə dələduzluqda ittiham eləmək mümkün olur: “Siz fikirləşə bilərsiniz ki, yalançı onlar deyil, mənim anamdır, bu insanlar həqiqətən bizə pul verib, əvəzində maşın almaq istəyiblər, yəni dələduzluq həqiqətən də olub. Amma bu 4 nəfər və onların qohumları eyni üsulla daha üç insanı şərləyib. Bu işlərin ikisi Səbail Rayon Polis İdarəsində, biri isə Yasamal Rayon Polis İdarəsindədir və bu işlərə dair sənədlərin surətləri də bizdə var. Dediyim kimi, oxşar məzmunlu, eyni motivli şikayətlərdir. Bizim şikayət etmədiyimiz qurum qalmayıb, amma görünən odur ki, məsələyə cavabdeh şəxslər də qanunla hesablaşmaq istəmir. Ortada olan bütün yazışmalar, sələmçilərin üst-üstə düşməyən yalan ifadələri, eyni məzmunlu digər şikayətləri açıq-aşkar sübut edir ki, sələmçilər şər-böhtanla, özbaşınalıqla və qanunsuz fəaliyyətlə məşğuldur”.

Məsələ ilə bağlı yazıda adı çəkilən şəxslər öz ərizələrində bildiriblər ki, Nəzakət Hüseynovaya borc pul veriblər.

Cinayət işi üzrə Dostxanım Cabbarova bildirib ki, əvvəllər Nəzakət Hüseynova ilə qızıl alveri ediblər: “Nəzakətə birinci 6 min manat borc pul vermişəm. Bu pulu məndən qızıllarını girovluqdan götürmək üçün alıb. Daha sonra müxtəlif tanışlarımdan Nəzakətə görə pullar götürüb vermişəm. Onun bizə ümumilikdə 20400 manat borcu yaranıb. Nəzakət Hüseynova müxtəlif bəhanələr gətirərək həmin pulları bizə qaytarmayıb”.

Sara Rüstəmova isə ərizəsində qeyd edib ki, Nəzakət Hüseynovaya 6 min manat pul verib: “2015-ci ilin mart ayında əvvəldən də tanıdığım Nəzakət adlı qadına borc pul verdim. Daha sonra Nəzakət həmin pulu qaytarmadı. Gah mənə ev verəcəyini, gah da işə düzəldəcəyi vədi verərək bu günə qədər pulumu qaytarmayıb”.

Atlas Mirzəyeva isə deyib ki, tanışı Dostxanımın qonşuluğunda yaşayan Nəzakətə borc pul verib: “Nəzakət Hüseynova tez-tez Dostxanımgilə gəlib-gedirdi. Daha sora Nəzakətə 4400 manat pul vermişəm. İlk əvvəl qaytaracağını desə də, bu günə qədər pulumu verməyib”.

Aynur Yusifova da Nəzakət Hüseynovaya 5000 min manat pul verdiyini deyib: “2015-ci mart ayında tanışım Dostxanımın qonşuluğunda yaşayan Nəzakətə 5000 min manat pul vermişəm. Daha sonra Nəzakət müxtəlif bəhanələr gətirərək bu günə qədər pulumu qaytarmayıb”.

Hazırda iki tərəf arasında çəkişmə Yasamal rayon Məhkəməsində araşdırılır. Məhkəmə istintaqı başa çatıb. Prokuror Nəzakət Hüseynovanın 3 il 9 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Nəzakət Hüseynova isə özünü bu işlə əlaqədar özünü günahkar bilmədiyini və sələmçi qadınların onu həbs etdirmək istədiyini iddia edir. Onun barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 826 22.01.18 11:44