Bakının Suraxanı rayonunda 43 yaşlı kişi bıçaqlanıb.
Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Qəsəbə məscidinin yanında yerləşən evdə 1981-ci il təvəllüdlü Amil Tərlan oğlu Abbasov həyat yoldaşı ilə mübahisə edib.
Mübahisə zamanı qadın ərini bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları araşdırma aparılır.